Zelenski Slovakiya liderini tənqid edib: Putinlə sövdələşmə ya dövlət maraqlarının satılması, ya da cibə işləməkdir
sizinxeber.az xəbər saytı

Zelenski Slovakiya liderini tənqid edib: Putinlə sövdələşmə ya dövlət maraqlarının satılması, ya da cibə işləməkdir


Ukrayna Prezidenti Volodimir Zelenski Slovakiyanın Baş naziri Robert Fitsonu Moskvaya səfər edərək Rusiya Prezidenti Vladimir Putinlə görüşməsini tənqid edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna lideri ukrain və ingilis dilləri ilə yanaşı slovak dilində paylaşım edib.

“Biz həyat uğrunda mübarizə aparırıq, Fitso isə pul uğrunda mübarizə aparır, özü də çətin ki, Slovakiya üçün pul uğrunda. Putinlə gizli sövdələşmələr ya dövlət maraqlarının satılması, ya da öz cibinə işləməkdir”, – Ukraynanın dövlət başçısı vurğulayıb.

Zelenskinin sözlərinə görə, Kiyev ona Rusiya qazının tranziti ilə bağlı alternativlər təklif etsə də, Slovakiya hökumətinin başçısı üçün “Moskva daha sərfəlidir”:

“Biz ona həm slovakların – məhz slovakların – Rusiya tranzitindən yaranan itkilərin mümkün təzminatı ilə bağlı, həm də Avropa Komissiyasının sorğusu əsasında tranzit alternativləri – Rusiyadan başqa istənilən qazın tranziti ilə bağlı təklif verdik. Bunu etməyə hazır idik. Fitso slovaklar üçün təzminat istəmədi. Avropa Komissiyası ilə isə əməkdaşlıq etmək istəmir. Onun üçün nədənsə Moskvada daha sərfəlidir”.

“Avropada hamı bunun səbəbini başa düşür. Başa düşməyən yoxdur”, – ölkə başçısı vurğulayıb.

Oxşar xəbərlər

Slovakiyanın Baş naziri Moskvaya səfərinin məqsədini açıqlayıb
Tramp: Rusiya-Ukrayna müharibəsinin nizamlanması naminə Putinlə danışığa hazıram
Fitso: Zelenski Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmək üçün 500 milyon avro təklif edib
Kreml Putinin Slovakiya Baş naziri ilə danışıqlarının detallarını açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər