Kreml Putinin Slovakiya Baş naziri ilə danışıqlarının detallarını açıqlayıb
sizinxeber.az xəbər saytı

Kreml Putinin Slovakiya Baş naziri ilə danışıqlarının detallarını açıqlayıb


Rusiya Prezidenti Vladimir Putin və Slovakiya Baş naziri Robert Fitso Ukrayna ilə bağlı fikir mübadiləsi aparıblar.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin Fitsoya Ukraynadakı vəziyyətə baxışından danışıb.

Kreml rəsmisi vurğulayıb ki, Putin və Fitso arasında ətraflı danışıqların mövzuları arasında enerji və qaz da olub.

Peskov deyib ki, Putin və Fitso Rusiya Federasiyası ilə Slovakiya arasında Bratislavada əvvəlki hakimiyyətlər tərəfindən zərər çəkmiş münasibətləri də müzakirə ediblər.

Kreml sözçüsünün sözlərinə görə,Rusiyada Avropa ölkələrinə Ukrayna ərazisindən tranzitlə nəql olunan qazla bağlı vəziyyət mürəkkəbdir və bu vəziyyət diqqətin artırılmasını tələb edir.

Qeyd edək ki, Putin-Fitso danışıqları dekabrın 22-də axşam gec saatlarda Kremldə baş tutub.

Oxşar xəbərlər

Vladimir Putin Slovakiyanın Baş naziri Robert Fitso ilə danışıqlar aparıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vladimir Putin Slovakiyanın Baş naziri Robert Fitso ilə danışıqlar aparır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Putin Durovla heç vaxt görüşməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml Kazanda Putin-Quterreş görüşünün qapalı keçirilməsinə aydınlıq gətirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Putin Trampla təmaslara hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər