Vanuatuda 6,2 bal gücündə zəlzələ baş verib
sizinxeber.az xəbər saytı

Vanuatuda 6,2 bal gücündə zəlzələ baş verib


Vanuatuda 6,2 maqnitudalı zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 35,9 min nəfər əhalisi olan Port Villa şəhərindən 27 km şimal-qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xatırladaq ki, dekabrın 17-də ABŞ Geoloji Xidməti Vanuatu sahillərində 7,4 maqnitudalı zəlzələ baş verdiyini bildirib. Hadisə nəticəsində Yeni Zelandiya, ABŞ, Fransa və bir sıra digər ölkələrin səfirliklərinin yerləşdiyi binalara ziyan dəyib. Sinxua agentliyinin məlumatına görə, təbii fəlakət nəticəsində iki Çin vətəndaşı həlak olub.

Oxşar xəbərlər

Argentinada 6 maqnitudalı zəlzələ olub
İndoneziya sahillərində 5,1 maqnitudalı zəlzələ olub
Vanuatuda güclü zəlzələ baş verib, səfirliklərin yerləşdiyi bina zərər görüb
Yaponiya sahillərində 5,1 maqnitudalı zəlzələ baş verib
Filippin sahillərində 5,9 maqnitudalı zəlzələ baş verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər