BMT Baş katibi: Suriyada etibarlı, nizamlı və inklüziv keçid tənzimləmələrini dəstəkləmək mütləqdir
sizinxeber.az xəbər saytı

BMT Baş katibi: Suriyada etibarlı, nizamlı və inklüziv keçid tənzimləmələrini dəstəkləmək mütləqdir


BMT-nin Baş katibi Antoniu Quterreş Suriyanın suverenliyi və ərazi bütövlüyünün pozulmasının narahatlıq doğurduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə dünya təşkilatının başçısı sosial şəbəkədə yazıb.

“Suriyanın suverenliyi və ərazi bütövlüyünün son dövrlərdə genişmiqyaslı pozulması dərin narahatlıq doğurur. İctimai asayişin qorunması zamanı Suriyada etibarlı, nizamlı və inklüziv keçid mexanizmlərinin dəstəklənməsi son dərəcə vacibdir”, – Quterreş nəql edib.

Qeyd edək ki, daha əvvəl BMT-nin Baş katibi Antoniu Quterreş Türkiyənin xarici işlər naziri Hakan Fidanla Suriyadakı durumu müzakirə etmişdi.

Xatırladaq ki, Suriya Ərəb Respublikasında Bəşər Əsəd rejimi noyabrın 27-də baş qaldıran Suriya müxalifətinin hücumu zamanı dağılmağa başlayıb. Hücumun kulminasiyası paytaxt Dəməşqin süqutu və Bəşər Əsədin ölkədən qaçması olub. Dəməşqin süqutundan əvvəl döyüşçülər Qərbi Suriyada bir neçə şəhəri, o cümlədən Hələb və Həma şəhərlərini ələ keçiriblər.

Oxşar xəbərlər

Hakan Fidan bir neçə ölkədən olan həmkarı ilə Suriya məsələsini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan BMT Baş katibi ilə Suriyadakı vəziyyəti müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə Suriya ilə münasibətlərin əvvəlki dövrə qayıtması üçün şərtlərini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bəşər Əsəd Suriyada terrora qalib gələcəyinə söz verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT Baş katibi İranda törədilən terror aktını pisləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər