Türkiyədən ölkəsinə qayıdan suriyalıların sayı açıqlanıb
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Bəşər Əsəd rejiminin süqutundan sonra Türkiyədən ölkəsinə qayıdan suriyalıların sayını açıqlayıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə nazir yazıb.
Yerlikaya “Suriyanın azadlığına qovuşmasından öncə” Türkiyədən ölkəsinə qayıdan suriyalıların dekabrın 6-da 310, dekabrın 7-də 176 və dekabrın 8-də isə 240 nəfər olduğunu qeyd edib.
DİN rəhbəri sonrakı günlərdə kəskin artım olduğuna diqqət çəkib. Belə ki, onun sözlərinə görə, dekabrın 9-da 1 259, dekabrın 10-da 1 669, dekabrın 11-də 1 293, dekabrın 12-də 1 553, dekabrın 13-də 1 847 suriyalı vətəninə qayıdıb.
Xatırladaq ki, Suriyada Bəşər Əsəd rejimi noyabrın 27-də baş qaldıran Suriya müxalifətinin hücumu zamanı dağılmağa başlamışdı. Hücumun kulminasiyası paytaxt Dəməşqin süqutu və Bəşər Əsədin ölkədən qaçması olmuşdu. Dəməşqin süqutundan əvvəl yaraqlılar Qərbi Suriyada bir neçə şəhəri, o cümlədən Hələb və Həma şəhərlərini ələ keçirmişdilər.
Oxşar xəbərlər
BMT Baş katibi: Suriyada etibarlı, nizamlı və inklüziv keçid tənzimləmələrini dəstəkləmək mütləqdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvadadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriyanın Madriddəki səfirliyinin eyvanında rəsmi bayraq dəyişdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ liderləri dekabrın 19-da Suriyadakı vəziyyəti müzakirə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ali Yerlikaya: Suriyalıların geri dönmələri üçün QHT-lərlə görüş keçirəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












