Almaniyalı diplomatlar Suriyanın yeni hakimiyyət orqanları ilə danışıqlar aparıblar
Almaniya diplomatları Dəməşqdə "Həyat Təhrir əl-Şam" qruplaşmasının lideri “Əbu Məhəmməd əl-Culani” ləqəbi ilə tanınan Əhməd əl-Şara ilə danışıqlar aparıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “DPA” agentliyi Almaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Danışıqlarda əsas diqqət siyasi keçid prosesi, azlıqların və qadınların hüquqlarının müdafiəsi ilə bağlı Berlinin gözləntiləri olub. Vurğulanıb ki, təmasların məqsədi Suriyada hadisələrin dinc şəkildə inkişafını asanlaşdırmaqdır.
Məlumata görə, Dəməşqdəki danışıqlarda qruplaşmanın beynəlxalq əlaqələr üzrə nümayəndəsi və keçid hökumətinin təhsil naziri də iştirak edib. Bundan əlavə, vətəndaş cəmiyyəti və dini icmaların nümayəndələri ilə görüşlər keçirilib. Səfər çərçivəsində diplomatlardan ibarət nümayəndə heyəti Almaniyanın Dəməşqdəki səfirliyinin binası ilə də tanış olublar.
Oxşar xəbərlər
Suriya hökuməti istefa verməyə hazır olduğunu bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya Suriyanın müvəqqəti hökuməti ilə danışıqlar aparacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya və Fransa Suriyanın yeni hakimiyyəti ilə əməkdaşlığa hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Qəzzada atəşkəslə bağlı danışıqlar prosesi dayandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya Suriyanın yeni rəhbərliyi ilə əlaqə yaradıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












