Belarus bütün, Rusiya isə bəzi diplomatlarını Suriyadan çıxarıb
Bütün Belarus diplomatları Suriyanı tərk ediblər, Minsk onların təxliyəsində göstərdiyi köməyə görə Moskvaya minnətdardır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Mövcud vəziyyəti nəzərə alaraq, Belarusun Suriyadakı səfirliyinin diplomatları Minskə geri çağırılıb. Belarusun Suriyadakı səfiri Yuri Sluka məsləhətləşmələr üçün bir müddət paytaxtda olacaq, vəziyyətin dərindən qiymətləndirilməsinin aparılması planlaşdırılır”, - deyə xarici siyasət idarəsi qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin Vəziyyət və Böhran Mərkəzinin Departamenti isə bildirib ki, ölkənin diplomatik missiyasının əməkdaşlarının bir hissəsi Dəməşqdən təxliyə edilsə də, səfirlik işi davam edir.
Oxşar xəbərlər
XİN: Belarusun Dəməşqdəki səfirliyi fəaliyyətini davam etdirir
Ermənistanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb
Belarus Ukrayna ilə diplomatik münasibətləri kəsə bilər
Rusiya Dəməşqdəki xarici nümayəndəliklərin bəzi əməkdaşlarını təxliyə edib
Azərbaycanın Minskdəki səfiri və Belarusun XİN başçısı yüksək səviyyədə təmaslara hazırlıq məsələlərini müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
