sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Polşa rusiyalı milyarderi sanksiyalar siyahısına salıb
Polşa rusiyalı iş adamı, “Finstar Financial Group” investisiya qrupunun müşahidə şurasının sədri Oleq Boykonu sanksiyalar siyahısına əlavə edib.
“Sizinxeber.az” xəbər verir ki, Polşanın daxili işlər naziri Tomaş Siemonyak dekabrın 12-də Boykonun sanksiya siyahısına əlavə edilməsi barədə qərar qəbul edib.
Qərara əsasən, onun Polşaya girişi qadağan edilib, ölkədəki aktivləri isə dondurulacaq.
O. Boyko hazırda Ukrayna və Avstraliyanın “Qara siyahı”sındadır. 2023-cü ilin noyabrında Kanada hakimiyyəti iş adamına qarşı sanksiyaları ləğv edib. “Forbes”in məlumatına görə, Boykonun sərvəti 1,2 milyard dollar qiymətləndirilir.
Oxşar xəbərlər
ABŞ “Iran Air” aviaşirkətini sanksiyalar siyahısına əlavə edib
ABŞ İsrail vətəndaşlarına qarşı sanksiyalar tətbiq edib
İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirib
Aİ İŞİD və “Əl-Qaidə”yə qarşı sanksiyaları bir il müddətinə uzadıb
ABŞ iki Rusiya bankını sanksiyalar siyahısına daxil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













