Londonda silahlı insidentdə bir nəfər həlak olub, iki nəfər xəsarət alıb
sizinxeber.az xəbər saytı

Londonda silahlı insidentdə bir nəfər həlak olub, iki nəfər xəsarət alıb


Londonda baş vermiş silahlı insident nəticəsində təxminən 40 yaşlı qadın həlak olub, iki kişi yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Skotland-Yardın bəyanatında bildirilib.

Məlumata əsasən, hadisə şənbə günü axşam İngiltərə paytaxtının şimal-qərbində yerləşən Brent rayonunda baş verib.

Yaralılardan birinin vəziyyətinin kritik olduğu qeyd edilib.

Faktla bağlı araşdırma aparılır, cinayətkarın axtarışları davam edir.

Oxşar xəbərlər

Sietlın ətrafında silahlı insident nəticəsində 5 nəfər ölüb
Hindistanda yol qəzasında iki nəfər həlak olub, 14 nəfər xəsarət alıb
Meksikanın cənub-şərqində barda silahlı insident zamanı 6 nəfər ölüb
Tailandda yarmarkada baş vermiş partlayış nəticəsində 4 nəfər həlak olub
Cənubi Afrikanın cənubunda qətliamda 5 nəfər həlak olub, 2 uşaq yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər