Cənubi Afrikanın cənubunda qətliamda 5 nəfər həlak olub, 2 uşaq yaralanıb
Cənubi Afrikanın cənubunda yerləşən Şərqi Keyp əyalətində baş vermiş kütləvi qətl nəticəsində beş nəfər həlak olub, iki uşaq yaralanıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə şənbə günü yerli polis məlumat yayıb.
Məlumata əsasən, hadisə cümə axşamı axşam saatlarında Nçencana rayonunda baş verib. Bütün qurbanlar eyni ailənin üzvləri olub.
Bu hadisə Kumbuda altı nəfərin güllələnməsindən bir həftə sonra və eyni əyalətdə Lusikisikidə 18 nəfərin öldürülməsindən bir aydan az müddət sonra baş verib.
Bildirilir ki, ailə üzvləri iki fərqli evdə yatarkən iki naməlum kişi daxil olub və onları güllələyib. Olayda iki kişi və üç qadın həlak olub. Hücumdan sağ çıxmış iki uşaq qaçmağı bacarıb və qonşuları xəbərdar edib, onlar isə polisə zəng ediblər.
Polis şübhəliləri axtarmağa davam edir.
“Datapandas” xidmətinin hesablamalarına görə, Cənubi Afrika cinayət səviyyəsinin ən yüksək olduğu üç ölkədən biridir. Yerli “Demokratik Alyans” partiyasının məlumatına görə, 2024-cü ildə ölkədə gündə orta hesabla 75 qətl törədilib.
Oxşar xəbərlər
Cənubi Afrikada hər gün orta hesabla 75 qətl hadisəsi baş verir
Qvatemalanın cənubunda avtomobil qəzasında altı nəfər həlak olub
Rusiyanın Çelyabinsk vilayətində ağır yol qəzası olub, 5 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
