Meksikanın cənub-şərqində barda silahlı insident zamanı 6 nəfər ölüb
Meksikanın cənub-şərqində yerləşən Tabasko ştatının Vilyaermosa şəhərindəki bara silahlı şəxslərin hücumu nəticəsində azı 6 nəfər həlak olub, 10 nəfər xəsarət alıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “TabascoHoy” nəşri ştatın baş prokurorluğuna istinadən bildirib.
Qeyd olunub ki, silahlı şəxslər “Dbar” adlı bara orada olan müştərilərdən birini axtarmaq üçün daxil olublar və daha sonra atəş açıblar. Nəticədə 5 nəfər hadisə yerində həlak olub, daha 1 nəfər sonradan xəstəxanada ölüb. 10 nəfər yaralanıb.
Meksikanın ictimai təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Omar Qarsiya Xarfuş sosial şəbəkədə bildirib ki, “federal hakimiyyət orqanları ştatın təhlükəsizlik və hüquq-mühafizə orqanları ilə koordinasiyada bu zorakılıq aktının şəraitinin araşdırılmasına kömək edir”.
Oxşar xəbərlər
Meksikada silahlı insident nəticəsində 10 nəfər öldürülüb, yaralılar var
Meksikada cinayətkarların hərbçilərə hücumu nəticəsində 19 nəfər ölüb
Sietlın ətrafında silahlı insident nəticəsində 5 nəfər ölüb
Meksikada naməlum şəxslər iki nəfəri güllələyib
Konqo DR-nin şərqində 78 nəfər gəmi qəzasında həlak olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
