Qanada vəba epidemiyası nəticəsində 14 nəfər ölüb
Qanada vəba epidemiyasından 14 nəfər ölüb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Ölkənin Səhiyyə Xidmətlərinin qərb əyaləti üzrə regional direktoru Yav Ofori Yeboa yerli mətbuata açıqlamasında vilayətin 8 rayonunda vəba epidemiyasının tüğyan etdiyini deyib.
O, bu bölgələrdə 800-dən çox insanın vəbaya yoluxduğunu bildirib.
Epidemiya ilə mübarizə çərçivəsində pulsuz müalicəyə başlanılıb. Yeboah sakinlərə vəbaya yoluxma ilə şübhəli halların olduğu təqdirdə dərhal səhiyyə müəssisələrinə müraciət etmələrini məsləhət görüb.
"Şəxsi gigiyena çox vacibdir, əllərimizi və yediyimiz yeməkləri yumalıyıq. Əgər bunları etməsək, daha çox insan itirəcəyik”, - Yeboa vətəndaşları xəstəliyə qarşı mübarizə çərçivəsində əsas ehtiyat tədbirləri görməyə çağırıb.
Qida və su ilə ötürülən bakteriyaların yaratdığı vəba xəstəliyi ishala və beləliklə də orqanizmdə susuzluğa səbəb olur. Xəstəlik müalicə edilmədikdə ölümcül ola bilər.
Oxşar xəbərlər
ÜST: Sudanda vəba epidemiyası 120 nəfərin həyatına son qoyub
Nigeriyada yayılan virus 6 günə 170 can aldı - Qida və sudan keçir
Sudanda daşqınlar nəticəsində 140-a yaxın insan ölüb
Bolqarıstanda 103 ildə ilk dəfə vəba aşkarlanıb
Sudanda daşqınlar 140 nəfərin həyatına son qoyub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













