Son bir ayda Afrikada meymunçiçəyi virusuna 2 mindən çox şəxs yoluxub
sizinxeber.az xəbər saytı

Son bir ayda Afrikada meymunçiçəyi virusuna 2 mindən çox şəxs yoluxub


Noyabrın 3-dən dekabrın 1-dək Afrikada 2 mindən çox şəxs meymunçiçəyi (“mpox”) virusuna yoluxub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, 2024-cü il yanvarın 1-dən dekabrın 1-dək Afrikada 13,171 təsdiqlənmiş “mpox” infeksiyası qeydə alınıb. Bu müddət ərzində virusa yoluxan 57 nəfər dünyasını dəyişib.

Noyabrın 3-dən Konqo Demokratik Respublikasında “mpox” şübhəsi ilə çoxlu sayda virusa yoluxma halları müəyyən edilib. Yoluxanların sayı 851 nəfər artaraq 9513-ə çatıb.

2022-ci il yanvarın 1-dən bu ilin oktyabrın 31-dək dünya üzrə 115 101 təsdiqlənmiş “mpox” hadisəsi, o cümlədən 255 ölüm halı müəyyən edilib.

Oxşar xəbərlər

Afrikada meymunçiçəyi epidemiyası sürətlə yayılır
Dünyada meymunçiçəyinə yoluxanların sayı artıb
Bu il meymunçiçəyi virusundan 575 nəfər ölüb
Konqoda bu il 15 mindən çox insan meymunçiçəyinə yoluxub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər