Qırğızıstan Prezidenti koreyalı həmkarı ilə əməkdaşlığı müzakirə edəcək
sizinxeber.az xəbər saytı

Qırğızıstan Prezidenti koreyalı həmkarı ilə əməkdaşlığı müzakirə edəcək


Qırğızıstan Prezidenti Sadır Japarov Koreya Respublikasına rəsmi səfərə gedib.

“Report” xəbər verir ki, bu barədə Qırğızıstan KİV-ləri məlumat yayıb.

S.Japarov ilə Koreya Respublikasının Prezidenti Yun Sok Yol və Milli Assambleyanın spikeri U Von Şik arasında ikitərəfli danışıqların aparılması planlaşdırılır.

Tərəflər Qırğızıstan-Koreya ikitərəfli əməkdaşlığını və onların inkişaf perspektivlərini müzakirə edəcək, həmçinin regional və beynəlxalq xarakterli məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar.

Səfər çərçivəsində Assambleyanın prezidenti və Qlobal İnkişaf İnstitutunun sədri, BMT-nin keçmiş baş katibi Pan Gi Mun ilə görüş keçiriləcək.

Bundan başqa, Qırğızıstan Prezidenti ilə Koreyanın biznes nümayəndələri arasında görüş təşkil olunacaq.

Oxşar xəbərlər

Qırğızıstan Prezidenti Rusiyaya səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sadır Japarov COP29-da iştirak etmək üçün Azərbaycana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sadır Japarov: “Qırğızıstanla Azərbaycan arasında münasibətlər görünməmiş səviyyəyə çatıb” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə və Macarıstan liderləri Qırğızıstana səfər edəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sadır Japarov: COP29 ən yüksək səviyyədə təşkil olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər