Qırğızıstan Prezidenti Rusiyaya səfər edəcək
Qırğızıstan Prezidenti Sadır Japarov oktyabrın 7-8-də Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.
“Report”un Qırğızıstan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə dövlət başçısının administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev jurnalistlərə açıqlayıb.
“Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov 7-8 oktyabrda MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün Rusiyaya səfər edəcək”, – o bildirib.
Onun sözlərinə görə, oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçiriləcək.
“MDB Dövlət Başçıları Şurasının qarşıdan gələn iclasında Birlik üzvü olan dövlətlər arasında ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsinə yönəlmiş mühüm qərarlar qəbul ediləcək”, – Azımbakiyev qeyd edib.
Oxşar xəbərlər
MDB Dövlət Başçıları Şurasının tamformatlı iclası Rusiyada keçiriləcək
Qırğızıstan BMT TŞ-nın qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
Tacikistan və Qırğızıstan prezidentləri Qazaxıstanda işgüzar səfərdədirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
