Baltikyanı ölkələr gələn il Rusiya ilə paylaşılan elektrik şəbəkəsindən ayrılacaq
Baltikyanı ölkələr fevralın 8-də Belarus, Rusiya, Estoniya, Latviya və Litvanın vahid enerji sistemindən ayrılacaq.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Estoniyanın milli elektrik şəbəkəsi operatoru “Elerinq”in bəyanatında deyilir.
Qeyd olunub ki, hazırda, Estoniya, Latviya və Litvada elektrik cərəyanının tezliyi Rusiyada mərkəzləşdirilmiş şəkildə nəzarət edilən IPS/UPS sistemilə fəaliyyət göstərir.
“Kontinental Avropa sistemi ilə sinxronizasiya Baltikyanı ölkələrə müstəqil, sabit və etibarlı tezlik nəzarətini həyata keçirməyə və regionun enerji təhlükəsizliyini yaxşılaşdırmağa imkan verəcək. 8 fevral 2025-ci ildə Baltikyanı ölkələr IPS/UPS sistemi ilə enerji təchizatını kəsəcək və enerji adası rejimində öz enerji sistemlərinin birgə sınaqlarına başlayacaq. Baltikyanı ölkələrin elektrik sistemlərinin kontinental Avropa sistemi ilə sinxronlaşdırılması 9 fevral 2025-ci ildə baş tutacaq”.
Vurğulanıb ki, sinxronizasiya Avropa İttifaqı tərəfindən dəstəklənəcək. Aİ sinxronizasiyaya təxminən 1,2 milyard avro xərcləyəcək ki, bu da layihənin ümumi dəyərinin təxminən 75%-ni təşkil edəcək.
Oxşar xəbərlər
Belarus Baltikyanı ölkələri dənizə çıxışını məhdudlaşdırmaqda ittiham edib
Putinin köməkçisi: Baltikyanı ölkələr Rusiya ilə sərhəddə hərbi infrastruktur qururlar
“Akkuyu” AES-in ilk enerji bloku 2025-ci ildə işə salına bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
