“Akkuyu” AES-in ilk enerji bloku 2025-ci ildə işə salına bilər
Türkiyədə “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) ilk enerji blokunun 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar məlumat verib.
“Akkuyu” AES-in ilk enerji blokunun 2025-ci ildə, dördünün də 2028-ci ilə qədər istismara verilməsi planlaşdırılır. Atom Elektrik Stansiyası tam işə düşdükdən sonra Türkiyənin elektrik enerjisinə olan tələbatının 10 %-ni ödəyə biləcək”, - o bildirib.
A.Bayraktarın sözlərinə görə, “Akkuyu” AES-də istehsal olunacaq təmiz və karbonsuz enerjinin karbon emissiyalarını 30 milyon ton azaldacaq: “Bu, həm Türkiyənin enerji təhlükəsizliyinin təmin edilməsi, həm də iqlim dəyişikliyi ilə mübarizə baxımından son dərəcə vacibdir”.
Qeyd edək ki, “Akkuyu” Türkiyədə tikilməkdə olan ilk AES-dir. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də imzalanmış əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir.
Oxşar xəbərlər
Ermənistanda AES enerji sisteminə qoşulub - YENİLƏNİB-2
Ermənistan AES-in enerji sistemindən ayrılmasına səbəb ildırım vurması olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
