İran uranın zənginləşdirilməsi üçün yeni sentrifuqaları istifadəyə verib
sizinxeber.az xəbər saytı

İran uranın zənginləşdirilməsi üçün yeni sentrifuqaları istifadəyə verib


İran uranın zənginləşdirilməsi üçün yeni sentrifuqaları istifadəyə verib.

"Report" Press TV telekanalına istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf deyib.

Onun sözlərinə görə, İran hakimiyyəti bu addımı AEBA-nın İdarə Heyətinin iclasında İrana qarşı qəbul edilən qətnaməyə cavab olaraq atıb.

"İranın cavabı qarşılıqlı prinsipə əsaslanır, çünki AEBA-nın İdarə Heyətindən siyasi məqsədlər üçün istifadə edilib", - Qalibaf bildirib.

Qalibaf Böyük Britaniya, Almaniya, ABŞ və Fransanın yanaşmasını siyasiləşdirilmiş və dağıdıcı adlandırıb.

Bundan əvvəl “Reuters” xəbər verib ki, AEBA İranı agentliklə əməkdaşlıqdan yayındığına görə tənqid edən qətnamə qəbul edib. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, agentlik Tehran və onun nüvə proqramına qarşı qeyri-konstruktiv qərar qəbul edərsə, İran tərəfi qəti cavab tədbirləri görəcək.

Oxşar xəbərlər

Qərb ölkələri İranı AEBA ilə əməkdaşlığa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran parlamentinin sədri Livanın baş naziri ilə danışıqlar aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İran uranın zənginləşdirilməsi istiqamətində tempi azaldıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İran uranın zənginləşdirilməsini dayandırmağa hazır olduğunu bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran BAEA-nı şantaj edir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər