Si Cinpin: Çin öz suverenliyini və maraqlarını qətiyyətlə müdafiə etməkdə davam edəcək
Pekin Vaşinqtonla əməkdaşlıq çərçivəsində öz suverenliyini və inkişaf maraqlarını daim müdafiə edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşdə deyib.
"Suverenliyimizi, təhlükəsizliyimizi və inkişaf maraqlarımızı qətiyyətlə qorumağa xidmət edən mövqeyimiz dəyişməz olaraq qalır", – o bildirib.
Sədr qeyd edib ki, ABŞ və Çində vəziyyət dəyişsə də, Pekinin iki ölkə arasında münasibətlərin sabit, sağlam və davamlı inkişafını təmin etmək məqsədi dəyişməyib.
Si Cinpin əlavə edib ki, Çin iki ölkə xalqları arasında ənənəvi dostluğu bundan sonra da qoruyub saxlamağa çalışacaq.
Oxşar xəbərlər
Si Cinpin Kazanda keçiriləcək BRİCS sammitində iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
