Çin lideri: Digər ölkələri tərəf seçməyə məcbur etmək qəbuledilməzdir
Çin və ABŞ həmişə bəşəriyyətin gələcəyini və taleyini düşünməli, dünya sülhü üçün məsuliyyət daşımalıdır.
“Report” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Szinpin Amerika lideri Cozef Baydenlə görüşü zamanı deyib.
Onun sözlərinə görə, Çin və ABŞ qlobal birlikdə fəal rol oynamalı, o cümlədən sağlam qarşılıqlı əlaqələri qorumalı, bir-birini təqib etməməli və digər ölkələri tərəf seçməyə məcbur etməməlidir.
Çin lideri həmçinin Pekin və Vaşinqton arasında münasibətlərdə dörd qırmızı xətti qeyd edib: Tayvan məsələsi, demokratiya və insan haqları, ÇXR-in ictimai-siyasi sistemi və Çinin inkişaf hüququ:
“Çin və ABŞ arasında ziddiyyətlər və fikir ayrılıqları qaçılmazdır, lakin heç bir tərəf digərinin əsas maraqlarını pozmamalı və münaqişəyə can atmamalıdır”.
Bayden və Si Szinpin arasında Limada baş tutan görüş iki saatdan az davam edib.
Oxşar xəbərlər
Si Szinpin Çinin Tramp administrasiyası ilə işləməyə hazır olduğunu açıqlayıb
Bayden: ABŞ və Çin hipotetik münaqişənin qarşısını almaq üçün tədbirlər görməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
