ABŞ-nin Ağ Ev Aparatına ilk dəfə qadın rəhbərlik edəcək
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald J. Trampın keçid komandası onun müşaviri Syuzan Uaylsın hakimiyyətə gəldikdən sonra Ağ Ev Aparatının rəhbəri vəzifəsinə təyin olunacağını elan edib.
Bu barədə “Sizinxeber.az” TASS-a istinadən xəbər verir.
"Syuzan güclü, ağıllıdır, yeniliyi görmə qabiliyyətinə malikdir, ona heyrandırlar və hörmət edirlər. Syuzan ABŞ tarixində Ağ Ev aparatına rəhbərlik edən ilk qadın olacaq", - Trampın tərəfdarları bildiriblər.
Uayls 2016, 2020 və 2024-cü illərdə Tramp komandasının tərkibində keçirilən seçki kampaniyalarında fəal iştirak edib.
ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçirilib. Ali vəzifə uğrunda demokrat namizəd Kamala Harris və Respublikaçılar Partiyasının iddialısı Donald Tramp aparıblar. Qalib gəlmək üçün siyasətçilərdən biri azı 270 seçici səsi almalı idi. Tramp seçkilərdə 295 səs toplayıb.
ABŞ-nin 47-ci prezidentinin andiçmə mərasimi 2025-ci ilin 20 yanvarında keçiriləcək. Tramp övladlarının yenidən Ağ Evdəki vəzifələrə təyinatından imtina edib.
Oxşar xəbərlər
Tramp Syuzan Uaylsı Ağ Evin aparat rəhbəri təyin edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Tramp prezident seçkilərində 267 səslə liderlik edir - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Floridada prezident seçkilərində səs verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Donald Tramp Kentukki, Florida və İndiana ştatlarında liderdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Donald Tramp əsas rəqibi Kamala Harrislə debata çıxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












