Orban Avropa Komissiyasını Macarıstan hökumətini devirmək istəməkdə ittiham edib
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen və Avropa Parlamentində Avropa Xalq Partiyası (AXP) fraksiyasının rəhbəri Manfred Veber Macarıstanın qanuni hökumətini devirmək və onu marionet hökumətlə əvəz etmək niyyətindədirlər.
“Sizinxeber.az” xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının efirində iddia edib.
“Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Xalq Partiyasının lideri Manfred Veber suveren Macarıstan hökumətini devirmək və onu Brüssel üslublu administrasiya ilə əvəz etməyə çalışırlar”, – Orban bildirib.
Baş nazirin fərziyyəsinə görə, AK sədri onu müxalifətçi “Demokratik Koalisiya” partiyasının üzvü Klara Dobrevlə əvəz etmək istəyir, AXP rəhbəri isə Macarıstan hökumətinin başında müxalifətçi “Tisa” partiyasının lideri Peter Madyarı görmək istəyir.
Orban hesab edir ki, bu siyasətçilərin hər ikisi Ukraynadakı müharibəyə müdaxilə etmək, qanunsuz miqrantların ölkəyə məhdudiyyətsiz girişini təqdir etmək, Aİ-nin miqrasiya siyasətini dəstəkləmək və “iqtisadi və ticarət müharibələrində iştirak etmək” üçün “Brüsselin tələblərini yerinə yetirməyə hazırdır”.
Oxşar xəbərlər
Orban Avropa Komissiyasını Macarıstan hökumətini devirmək cəhdində ittiham edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Von der Leyen yenidən Avropa Komissiyasının prezidentliyinə namizəd olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Viktor Orban: Avropa Şurasının sədri kimi Azərbaycanla strateji əməkdaşlığı dəstəkləyirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Viktor Orban: Avropa Komissiyası müqavilələrin zəmanətçisi deyil, siyasi alət rolunu oynayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Orban İtaliya və Macarıstanın Brüsselə təslim olmayacağını bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












