Orban İtaliya və Macarıstanın Brüsselə təslim olmayacağını bildirib
Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, İtaliya və Macarıstan azadlıq uğrunda mübarizə aparan iki ölkədir və heç vaxt Brüsselə, dünya güclərinə və miqrantlara təslim olmayacaqlar.
“Report” xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Ofisinin Beynəlxalq kommunikasiya və əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç “X” sosial şəbəkəsində bildirib.
"Biz 1848-ci ildə azadlıq uğrunda mübarizə aparanların varisləriyik və heç vaxt təslim olmayacağıq - nə Brüsselə, nə dünya güclərinə, nə də miqrantlara", - Kovaç Orbanın İtaliyanın "Liqa" Partiyasının Pontida şəhərindəki bayram şənliyindəki çıxışından sitat gətirib.
Onun sözlərinə görə, Orban İtaliyanın Baş nazirinin müavini, "Liqa" Partiyasının lideri Matteo Salvinini İtaliyanın sərhədlərinin təhlükəsizliyini və Avropanın qorunmasını təmin etdiyi üçün Macarıstanda qəhrəman adlandırıb.
"O, mühakimə olunmaqdan daha çox tanınmağa layiq olan əsl vətənpərvərdir", - Macarıstan Baş naziri deyib.
Oxşar xəbərlər
Viktor Orban: Azərbaycan regional təhlükəsizliyin təmin olunmasında əla nümunədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Viktor Orban: Avropa Şurasının sədri kimi Azərbaycanla strateji əməkdaşlığı dəstəkləyirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Orban: Parlament yaz sessiyasının əvvəlində İsveçin NATO-ya daxil olmasına baxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Viktor Orban: Avropa ABŞ-dəki prezident seçkilərindən əvvəl sülh siyasətini qəbul etməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Orban və Salvini Ukrayna münaqişəsini təcili dayandırmağa çağırıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












