Ukraynanın XİN başçısı BƏƏ-li həmkarı ilə ədalətli sülhün əldə edilməsini müzakirə edib
Ukraynanın xarici işlər naziri Andriy Sibiha Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş nazirinin müavini, xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nahyan ilə telefon danışığı aparıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ukraynalı diplomat bildirib.
“Əlahəzrət Şeyx Abdullah bin Zayed Al Nahyan ilə məhsuldar telefon söhbəti apardım. Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyinə görə təşəkkür etdim. Ölkələrimiz arasında yüksək səviyyəli ikitərəfli dialoqu davam etdirməyin və Ukrayna Sülh Formulu əsasında Ukrayna üçün ədalətli sülhün əldə edilməsinin vacibliyini vurğuladım”, – Sibiha qeyd edib.
Xatırladaq ki, ötən ay BƏƏ-nin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutmuşdu.
Oxşar xəbərlər
Hakan Fidan Ukrayna XİN-in yeni başçısı ilə regiondakı vəziyyəti müzakirə edib
Blinken Ukraynanın yeni xarici işlər naziri ilə danışıb
Azərbaycan və Ukrayna XİN başçıları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
