Martinikdə fransız zorakılığı: polislər etirazçılara qarşı silahdan istifadə edir
Martinikdə müstəmləkəçiliyə qarşı, xüsusilə sosial və siyasi səbəblərdən əhali ayağa qalxıb. Artıq barrikadalar qurulur, hüquq-mühafizə orqanlarının zorakılığına qarşı müqavimət güclənir.
"Report" xəbər verir ki, polislərin dinc əhaliyə qarşı odlu silahlardan istifadə etdiyinə dair görüntülər də paylaşılır.
Martinik əhalisi ciddi sosial problemlərdən, bahalıqdan və əhalinin gəlirlərinin çox az olmasından əziyyət çəkir. Onlara xarici ölkələrlə ticarət əlaqələri qurmağa icazə verilmir. Martinik əhalisinə yalnız materik Fransası ilə iqtisadi əlaqələr qurmağa imkan verilir. Martinikdəki bütün böyük ticarət şəbəkələri etnik fransızların monopoliyasında olduğundan onlar bu məhdudiyyətlərdən gəlirlərini dəfələrlə artırmaq üçün istifadə edirlər.
Əhali Fransanın kolonial siyasətinə, hüquqlarının kobud şəkildə pozulmasına, kəskin sosial duruma qarşı etiraz edir, Fransadan kolonial siyasətə son qoyulmasını tələb edir, müstəqillik istəyirlər. Fransa hökumətinin Martinik torpaqlarında istifadə etdiyi zəhərli maddələr kənd təsərrüfatı torpaqlarını yararsız hala salıb, əhalinin sağlamlığına ciddi ziyan vurulub. Zəhərli maddələrin nəticəsidir ki, Martinik dünyada ən çox xərçəng xəstəliyindən əziyyət çəkən ərazidir.
Oxşar xəbərlər
Fransasayağı demokratiya – Martinikdə soyqırımı həyata keçirilir - ŞƏRH
Martinikdə etiraz nümayişləri davam edir
Fransanın dörd əsrlik neokolonial siyasəti Martinikdə çat verir - TƏHLİL
Fransa polisi Martinikdəki etirazları yatırmaq üçün xüsusi qüvvə göndərəcək
Fransanın Martinik xalqına zor tətbiqi Yelisey sarayının müstəmləkə siyasətinin tərkib hissəsidir – RƏY
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
