Zelenski Kurska hücumun məqsədini açıqlayıb
Ukraynanın Rusiya Federasiyasının Kursk vilayətində keçirdiyi əməliyyat qabaqlayıcı zərbədir.
“Sizinxeber.az” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “NBC News” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna bilirdi ki, ruslar Sumı vilayətində sərhədi keçə bilərlər. “Əgər bu baş versəydi, Ukrayna düşməni uzun müddət dayandırmalı olacaqdı. Sonra onları sıxışdırıb çıxarmaq üçün insan və silah ehtiyatı baxımından üstünlüyə malik olmalısınız. Buna görə də biz əməliyyat kimi hazırladığımız belə bir qabaqlayıcı zərbə endirdik”, - Ukrayna Prezidenti bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi hərbi əməliyyat Ukrayna tərəfinin daha genişmiqyaslı fəaliyyətinin bir hissəsidir.
“Və mən sizə açıq deyəcəyəm - bu, əməliyyatın bir hissəsidir. Dövlətimizin şərqində, Xarkov vilayətində, eləcə də cənubda Rusiyanın təzyiqlərini zəiflətmək üçün nəzərdə tutduğumuz və tətbiq etməyi vacib hesab etdiyimiz müxtəlif tədbirlər var. Biz həm də bizim üçün çox çətin olduğu Zaporojye, Xerson, eləcə də Donbass, Pokrovsk, Toretskdən danışırıq. Buna görə də Kursk vilayəti əməliyyatın bir hissəsi olub”, - V.Zelenski bildirib.
Oxşar xəbərlər
Ukrayna Prezidenti: Kurskdakı hərbi əməliyyatlar qələbə planımızın bəndlərindən biridir
Zelenski: Kursk vilayəti ərazisində uğurla irəliləməkdə davam edirik
NATO Baş katibi Ukraynanın Kursk vilayətindəki əməliyyatını qanuni adlandırıb
Gerasimov: Kursk vilayətinə hücumlar zamanı Ukrayna 300 nəfərdən çox itki verib
Qubernator: Kursk vilayətinin 28 yaşayış məntəqəsi Ukrayna ordusunun nəzarətindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













