Estoniyalı nazir: NATO dövlətlərinin raketdən müdafiə sistemlərində ciddi qüsurlar var
Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv dövlətlərinin raketdən müdafiə sistemlərində ciddi qüsurlar var.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur “ERR” milli televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, NATO-da mövcud olan bütün raket əleyhinə müdafiə sistemləri 20 kilometrə qədər hündürlükdə və 150-200 kilometr məsafədə uçan raketlərə effektiv şəkildə müqavimət göstərə bilmir.
H. Pevkur vurğulayıb ki, Estoniyanın hərbi xərclərinin səviyyəsi alyansın qarşıya qoyduğu məqsədlərə uyğun deyil. Buna görə də Tallin hərbi xərcləri ümumi daxili məhsulun 4,5-5%-nə qədər artırmalıdır.
Qeyd edək ki, Estoniyanın hərbi xərcləri 250-500 milyon avro artacaq.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
