Fransa oğurluqda ittiham olunan diplomatı Nigeriyaya səfir təyin edib
Fransa daha əvvəl şərab oğurluğunda ittiham olunan Mark Fonbostyeni Nigeriyaya səfir təyin edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “African Stream” portalı məlumat yayıb.
Bildirilib ki, bu təyinat Parisin xüsusilə Sahel bölgəsində ağır məğlubiyyətlərdən sonra Qərbi Afrikada öz təsirini saxlamaq planları ilə bağlı ola bilər.
“Son vaxtlar Fransa Saheldə müəyyən çağırışlarla üzləşib. Fransız hərbçilər Mali, Burkina-Faso və Nigerdən çıxmağa məcbur edilib, Parisin bu ölkələrdəki diplomatik missiyaları isə bağlanıb”, - portal vurğulayıb.
Qeyd olunub ki, bu, Fransanın maraqlarına ağır zərbə vurub, ölkə xüsusilə uran kimi qiymətli resurslara çıxışı itirib.
2010-cu ildə M.Fonbostye Honq-Konqdakı qolf klubu restoranından dəyəri 4 min dollardan çox olan iki şüşə şərab oğurlamaqda ittiham olunub.
Oxşar xəbərlər
Fransa siyasətçisi Pavel Durovun saxlanmasına görə ölkəni zülmkarlıqda ittiham edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
