Seneqalın Hərbi Dəniz Qüvvələri 76 miqrantın olduğu gəmini saxlayıb
sizinxeber.az xəbər saytı

Seneqalın Hərbi Dəniz Qüvvələri 76 miqrantın olduğu gəmini saxlayıb


Seneqalın Hərbi Dəniz Qüvvələri İspaniyaya məxsus Kanar adalarına getməyə çalışan 76 miqrantın olduğu gəmini ölkə sahillərində ələ keçirib.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə Seneqalın "Seneweb" portalı xəbər yayıb.

“Hərbi Dəniz Qüvvələrinin patrul gəmisi sahildən 80 km aralıda miqrantların olduğu gəmini saxlayıb. Gəmidə olanların hamısı həbs olunub. Onların arasında Seneqal, Qambiya, Mali və Bisau-Qvineya vətəndaşları var", - məlumatda deyilir.

Avqust ayında Seneqal hakimiyyəti qanunsuz miqrantlarla gəmilərin üzdüyü əraziləri patrul etmək üçün ordudan istifadə etməyə başlayıb. Artıq 450-dən çox şəxs saxlanılıb və Avropa İttifaqı ölkələrinə daxil olmaq cəhdində şübhəli bilinirlər.

Oxşar xəbərlər

Seneqal sahillərində 200-dən çox miqrantı daşıyan qayıq saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mərakeş donanması 68 qanunsuz miqrantı daşıyan gəmini saxlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Qırmızı dənizdə husilərə məxsus pilotsuz gəmini vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran BƏƏ-dən gələn tankeri saxlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Litva Hərbi Dəniz Qüvvələri üçün axtarış-xilasetmə gəmisi inşa ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər