sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Mərakeş donanması 68 qanunsuz miqrantı daşıyan gəmini saxlayıb
Mərakeş Kral Donanmasının gəmiləri yardım missiyası zamanı Atlantik okeanında 68 qeyri-qanuni miqrantı daşıyan gəmini saxlayıblar.
"Report"un məlumatına görə, bu barədə "Maqrib Arab Press" agentliyi xəbər yayıb.
Afrika ölkələrindən olan miqrantlar Kanar adalarına (İspaniya) gedirdilər. Gəmi Daxla şəhərindən 16 km cənub-qərbdə (krallığın Atlantik sahili) saxlanılıb. Mərakeş səlahiyyətliləri gəmidə ölmüş iki miqrantın meyitini də aşkarlayıblar.
Xilas edilənlərin hamısına lazımi yardım göstərildikdən sonra onlar Daxla limanında Kral Jandarm qüvvələrinə təhvil verilib.
Oxşar xəbərlər
Mərakeş patrulu 196 miqrantı daşıyan qayıq aşkarlayıb
Seneqal sahillərində 200-dən çox miqrantı daşıyan qayıq saxlanılıb
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan-Mərakeş münasibətlərindən danışıb
İspaniya Kral Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb
Atlantik okeanında göyərtəsində ruslar olan gəmi batdı, ölənlər və itkin düşənlər var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













