Londonda “Notting Hill” karnavalında 4 nəfər yaralanıb, yüzlərlə saxlanılan var
Böyük Britaniyanın paytaxtı London şəhərində yerli polis “Notting Hill”də Afro-Karib dənizi mədəni karnavalında 249 nəfəri saxlayıb.
“Report” xəbər verir ki, bu barədə Skotland-Yardın bəyanatında deyilir.
Saxlanılan şəxslər satış məqsədi ilə narkotik vasitələrin saxlanılması, təhlükəli silaha sahib olmaq, fövqəladə hallar xidmətinin əməkdaşlarına hücum, quldurluq və cinsi xarakterli cinayətlərdə şübhəli bilinirlər.
Polis bildirib ki, karnaval zamanı 4 nəfər bıçaqlı hücuma məruz qalıb.
Qeyd edək ki, tədbirdə təhlükəsizliyin təmin edilməsinə 7 minə yaxın polis əməkdaşı cəlb olunub.
Ənənəvi "Notting Hill" karnavalı 1964-cü ildən keçirilir. Avropanın ən böyük küçə festivalını hər il bir milyondan çox britaniyalı və xarici turist ziyarət edir. Londonda karnaval günlərində zorakılığın səviyyəsi və küçə cinayətlərinin sayı kəskin şəkildə artır.
Oxşar xəbərlər
Londonda “Notting Hill” karnavalında 90 nəfər saxlanılıb
London polisi Nottinq Hill karnavalının ilk günündə 90 nəfəri saxlayıb
Cari ildə ABŞ-də polis 739 nəfəri öldürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
