BMT nüvə silahından istifadənin ciddi riskindən narahatdır
BMT-nin baş katibi Antonio Quterreş nüvə silahından istifadənin ciddi riskindən son dərəcə narahatdır.
"Report"un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.
O, ABŞ-nin Çinlə bağlı məxfi strateji planı barədə xəbərləri şərh edərkən deyib ki, BMT nüvə təhlükəsini aradan qaldırmaq üçün dialoq və diplomatiyanın vacibliyini vurğulayır.
Bundan əvvəl “The New York Times” məlumat yayıb ki, ABŞ Prezidenti Cozef Bayden mart ayında gizli strateji nüvə planını təsdiqləyib. Burada ilk dəfə olaraq Çinin nüvə arsenalları artdıqca, onun cilovlanmasından danışılır. Belə bir sənədin qəbulu Pentaqonun növbəti onillikdə Çinin ehtiyatlarının həcminə və çeşidinə görə ABŞ və Rusiyanın ehtiyatları ilə rəqabət aparacağına dair fərziyyəsi ilə əlaqələndirilir.
Qeyd edilib ki, Bayden Rusiya, Çin və Şimali Koreya ilə mümkün nüvə toqquşmalarına hazırlaşmaq üçün də göstərişlər verib.
Oxşar xəbərlər
Bayden mart ayında ölkənin gizli nüvə strategiyasını təsdiqləyib
Quterriş: Dünya yenidən nüvə silahından istifadə təhlükəsi ilə üz-üzədir
Çin ABŞ-ni nüvə təhlükəsinin ən böyük mənbəyi adlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
