Əfqanıstanda saqqal saxlamaq istəməyən 280-dən çox polis işdən çıxarılıb
Radikal “Taliban” hərəkatının Əfqanıstanın müvəqqəti hökumətində yaratdığı Şərin Qarşısının Alınması və Fəzilətin Təbliği Nazirliyi saqqal uzatmaq əmrinə tabe olmayan və bununla da “İslam qanunları”nı pozan 280-dən çox polis əməkdaşını xidmətdən uzaqlaşdırıb.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ölkədə “İslam qanunları”na və əfqan adət-ənənələrinə əməl olunması uğrunda aparılan “mübarizə” çərçivəsində 2023-cü ildə ölkədə “qeyri-etik hərəkətlərə” görə 13 mindən çox insan saxlanılıb, onların yarıdan çoxu məhkəmə qarşısına çıxarılıb.
Bundan əlavə, 21328 musiqi aləti məhv edilib, yerli bazarlarda çəkilişləri həyata keçirilən “qeyri-etik və yolverilməz” filmlərin satışı dayandırılıb.
Oxşar xəbərlər
Semka da saxlanıldı - Rəsmi
Nazir “TikTok”da canlı yayım açaraq qeyri-etik hərəkətlər edən rəis müavinini işdən çıxardı
Naxçıvanda özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb
Avtoxuliqanlıq edib polisin əmrinə tabe olmayan şəxs saxlanılıb
İran xüsusi xidmət orqanları "İslam Dövləti"nin iki liderini və 12 terrorçunu saxlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













