Qazaxıstan meymunçiçəyi xəstəliyinə görə sərhəddə nəzarəti gücləndirib
Qazaxıstan hakimiyyəti meymunçiçəyi xəstəliyinin ölkəyə keçməsinin qarşısını almaq üçün hava limanlarında və sərhəd keçid məntəqələrində sanitar və karantin tədbirlərini gücləndirib.
“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Vurğulanıb ki, Səhiyyə Nazirliyi infeksiyanın ölkəyə daxil olmasının qarşısını almaq üçün lazımi tədbirlər görüb və sanitar karantin məntəqələrində, o cümlədən hava limanlarında və sərhəd-keçid məntəqələrində nəzarət tədbirləri gücləndirilib.
Bundan başqa meymunçiçəyi xəstəliyinin qeydə alındığı ölkələrdən gələn vətəndaşlara isə xüsusi diqqət yetiriləcək.
Nazirlik endemik ölkələrə səfər etməyi planlaşdıran vətəndaşlara müəyyən ehtiyat tədbirlərinə əməl etməyi, xüsusən də xəstə insanlar və vəhşi heyvanlarla təmasdan qaçmağı tövsiyə edib. Qeyd olunub ki, Qazaxıstanın özündə bir dənə də olsun virusa yoluxma halı qeydə alınmayıb.
Oxşar xəbərlər
Nigeriyada meymunçiçəyi virusuna 39 yoluxma halı qeydə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə bir nəfər meymunçiçəyi xəstəliyinə yoluxma şübhəsi ilə karantinə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səhiyyə Nazirliyi: Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avstraliyada meymunçiçəyinə yoluxma halları kəskin artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Estoniya Rusiya ilə sərhəddə nəzarəti gücləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












