Avstraliyada meymunçiçəyinə yoluxma halları kəskin artıb
Avstraliyanın ən böyük ştatı olan Yeni Cənubi Uelsin Səhiyyə Nazirliyi mpoxa (meymunçiçəyi) yoluxanların sayının kəskin artdığını bildirib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, təkcə son iki ayda ştatda 93 yeni yoluxma halı qeydə alınıb. Nazirlik virusa yoluxma hallarının sayının kəskin artması fonunda ştat sakinlərini diqqətli olmağa çağırıb.
Səhiyyə departamentinin direktoru Ceremi Makanultinin sözlərinə görə, Avstraliyada tapılan ştam digər ölkələrdə, xüsusən də Afrikada olan ştamlardan fərqlidir.
Qeyd edək ki, Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. ÜST-ün son məlumatlarına görə, dünyada meymunçiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib.
Mpox, əsasən mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində tropik meşələrin yaxınlığında baş verən nadir viral xəstəlikdir. Bu xəstəliyin heyvandan insanlara ilk ötürülməsi halı 1970-ci ildə Konqo Demokratik Respublikasında qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, virus insanlara gəmiricilər və primatlar kimi vəhşi heyvanlardan keçir və onun insandan insana ötürülməsi yolu yayılması məhduddur. Tipik olaraq, mpox epidemiyaları üçün ölüm halları 1 ilə 10% arasında dəyişir. Bununla belə, ölümlərin əksəriyyəti gənc yaş qruplarında baş verir.
Oxşar xəbərlər
Səhiyyə Nazirliyi: Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmayıb
Konqoda bu il 15 mindən çox insan meymunçiçəyinə yoluxub
Afrikada meymunçiçəyi virusu ilə əlaqədar fövqəladə vəziyyət elan edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
