Qazaxıstan Prezidenti Yaponiyanın Baş naziri ilə telefonla danışıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Yaponiyanın Baş naziri Fumio Kişida arasında telefon danışığı baş tutub.
“Sizinxeber.az”un Astanadakı müxbiri xəbər verir ki, K.Tokayev bir gün əvvəl Yaponiyada baş vermiş zəlzələ ilə əlaqədar ölkə xalqı ilə həmrəyliyini ifadə edərək ciddi fəsadlarla nəticələnməyəcəyinə ümidvar olduğunu deyib.
Fumio Kişida da öz növbəsində I Mərkəzi Asiya+Yaponiya Dialoq Sammitində iştirak etmək üçün Qazaxıstana nəzərdə tutulan rəsmi səfərinin təxirə salınması ilə bağlı qərarın qəbul edildiyini təəssüflə diqqətə çatdırıb.
Tərəflər Qazaxıstan-Yaponiya əlaqələrinin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, həmçinin regionlararası əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Kulpaş Konırova
Oxşar xəbərlər
Kişida Yaponiyadakı zəlzələ təhlükəsi səbəbindən Qazaxıstan və Özbəkistana səfərini təxirə salıb
Yaponiyanın Baş naziri zəlzələ ilə bağlı 3 ölkəyə səfərini ləğv edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
