Ekofəallar Messinin İspaniyadakı malikanəsinin fasadına boya töküblər
İspaniyanın “Futuro Vegetal” ekologiya təşkilatının fəalları argentinalı futbolçu Lionel Messinin İbitsa adasındakı malikanəsinin fasadına boya töküblər.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın “X” sosial şəbəkəsindəki məlumatında deyilir.
“Malikanə futbolçunun hədsiz yüksək qiymətə - 11 milyon avroya aldığı qeyri-qanuni tikilidir. Əhalinin ən zəngin 1 %-i ən yoxsul əhalinin üçdə ikisi ilə eyni miqdarda karbon qazı emissiyasına görə cavabdehdir”, - “Futuro Vegetal” nümayəndələri iddia edirlər. Fəallar həmçinin malikanənin bağçasında çəkildiyi güman edilən fotoşəkillər də daxil olmaqla, bir sıra şəkillər paylaşıblar.
Qeyd edək ki, bundan əvvəl İspaniyada “Futuro Vegetal” tərəfdarları dəfələrlə etiraz aksiyaları təşkil ediblər. Onlar Madriddə hava limanının işini pozub, paytaxt yollarında nəqliyyatın hərəkətini bağlayıb, krallığın parlament binasına boya töküblər. 2022-ci ildə isə təşkilatın iki fəalı Madriddəki Prado Milli Muzeyində əllərini ispaniyalı rəssam Fransisko Qoyanın (1746-1828) “Çılpaq Maxa” və “Geyimli Maxa” rəsmlərinin çərçivələrinə yapışdırıblar.
Oxşar xəbərlər
Britaniyada Fələstin tərəfdarları Kembric Universitetinin binasına qırmızı boya atıblar
Messinin gəlişindən sonra "İnter Mayami"nin qiyməti 74 % artıb
“İnter Mayami” Lionel Messinin ilk komandası ilə yoxlama görüşü keçirəcək
Serbiyada etirazçılar Belqradda nəqliyyatın hərəkətini əngəlləməyə başlayıb
Fransada Natəvanın heykəlinə qırmızı boya atılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













