Ukrayna Prezidenti: Moskva Kiyevlə sülh əldə etmək üçün danışıqlara can atmır
Ukraynaya təhlükəsizlik zəmanətləri çərçivəsində qoşun yerləşdirməyə hazır olan ölkələrin dəqiq sayı hələ məlum deyil.
“Sizinxeber.az” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu çərşənbə günü jurnalistlərə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
"Biz “boots on the ground”a hazır olan ölkələrin sayını bilmirik. Bizə məlumdur ki, “Arzuedənlər koalisiyası”nda təhlükəsizlik zəmanətləri verməyi nəzərdən keçirən 30 ölkə var", - V.Zelenski deyib.
O vurğulayıb ki, bəzi ölkələr hava hücumundan müdafiəni təmin etməklə, hava məkanında patrul xidməti aparmaqla və ya maliyyə yardımı göstərməklə kömək edə bilər.
Eyni zamanda, prezident qeyd edib ki, əsas hərbi kontingent ukraynalılardan ibarət olacaq.
"Ukrayna ordusuna silah və əməkhaqqı lazımdır. Əgər dediyim sayda ölkə olarsa, belə olan halda Ukrayna maliyyə dəstəyi və silahla təmin edilə bilər", - V.Zelenski izah edib.
O əlavə edib ki, Rusiya tərəfi ilə görüşün hazırlanması üzrə ABŞ-nin koordinasiya qrupuna dövlət katibi Marko Rubio, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və vitse-prezident Ceyms Devid Vens daxil olacaq.
Ukrayna Prezidenti həmçinin Rusiyanın ötən gecə ölkəyə endirdiyi zərbələrə də münasibət bildirib.
Onun sözlərinə görə, ötən gecə Rusiya Silahlı Qüvvələri Ukraynaya hücumlarda 574 dron və 40 raketdən istifadə edib, lakin onların böyük hissəsini vurmaq mümkün olub. Hücum nəticəsində 15 nəfər xəsarət alıb. Prezident vurğulayıb ki, bütün bunlar Moskvanın sülhə nail olmaq istəyinə daha çox şübhə etməyə əsas yaradır”.
Oxşar xəbərlər
Zelenski: Ukrayna ayda 27 minə qədər insanı səfərbər edə bilər
Zelenski: Ukrayna ABŞ-dən 50 milyard dollarlıq silah almaq istəyir
Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq
Zelenski: Ukrayna lazımi silahların 40 faizini özü istehsal edə bilər
Zelenski: Sülhə nail olmaq üçün təhlükəsizlik zəmanəti lazımdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








