Litva aeroportunda uçuşlar müvəqqəti dayandırılıb
sizinxeber.az xəbər saytı

Litva aeroportunda uçuşlar müvəqqəti dayandırılıb


Vilnüs yaxınlığında pilotsuz uçuş aparatı qeydə alındıqdan sonra hava limanında hərəkət müvəqqəti olaraq dayandırılıb.

“Report” xəbər verir ki, bu barədə Litva KİV-ləri hava limanının nümayəndəsi Tadas Vasilyauskasa istinadən məlumat yayıb.

"Hava limanı xidmətləri ərazidə patrul və müşahidəni gücləndirib. Çərşənbə gününə keçən gecə uçuşlar təxminən 30 dəqiqə dayandırılıb, sonra tam bərpa edilib", - o bildirib.

Fasilələr səbəbindən Tel-Əvivə uçuş gecikib, bir neçə gələn təyyarə isə enişdən əvvəl gözləmə zonasında dövrə vurmağa məcbur olub ki, bu da 15-20 dəqiqəlik gecikmələrə gətirib çıxarıb.

Oxşar xəbərlər

Kazan hava limanında uçuşlar müvəqqəti dayandırılıb
Mehrabad hava limanında uçuşlar şənbə günü səhər saatlarına qədər dayandırılıb
Rusiyada altı hava limanında təhlükəsizliyin təmin edilməsi məqsədilə uçuşlar dayandırılıb
İran hava limanlarında bütün uçuşlar növbəti bildirişə qədər dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər