Mehrabad hava limanında uçuşlar şənbə günü səhər saatlarına qədər dayandırılıb
İranın Mehrabad Beynəlxalq Aeroportunda uçuşlar dayandırılıb.
"Report" "Tasnim" xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə hava limanının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, hava limanında uçuşların dayandırılması rejimi şənbə günü gecə saat 1:30-a qədər uzadılıb.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı "Rising Lion" əməliyyatını həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri xüsusilə İranın hərbi və nüvə obyektlərinə zərbələr endirib. Nəticədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun rəhbəri, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə alimləri həlak olub. Hücumlar nəticəsində İranın mülki əhalisi arasında da ölənlər var.
Oxşar xəbərlər
Almaniya Kansleri Netanyahu ilə İsrail və İran arasında gərginliyi müzakirə edib
İsrailin İrana zərbəsi: nüvə savaşı yaxınlaşdı? - NATO
İsrail Hərbi Hava Qüvvələri indiyədək İrana beş zərbə dalğası endirib
Xameneinin müşaviri Əli Şamxani həyatını itirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
