Lavrov: Tramp Alyaska sammitindən sonra Ukraynada nizamlanmaya daha dərindən yanaşmağa başlayıb
Rusiya Federasiyası və ABŞ prezidentlərinin avqustun 15-də Alyaskada keçirilən sammiti göstərdi ki, indiki Amerika administrasiyası Ukrayna ətrafında uzunmüddətli və dayanıqlı nizamlanmanın tapılmasına yönəlib.
“Sizinxeber.az”un məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 24” telekanalında Nailə Əsgərzadəyə müsahibəsində deyib.
“Orada (Alyaskada - red.) çox yaxşı ab-hava var idi və bu, prezidentlərin (Vladimir Putin və Donald Tramp – red.) danışıqlardan sonra verdiyi bəyanatlarda öz əksini tapıb”, - o bildirib.
Lavrovun sözlərinə görə, Alyaskada faydalı söhbət olub.
O əlavə edib ki, Tramp və komandası xüsusilə Alyaskadakı görüşdən sonra Ukraynada nizamlanma məsələsinin həllinə çox daha dərindən yanaşmağa başlayıb.
Oxşar xəbərlər
Lavrov və Rubio Putin-Tramp görüşünə hazırlığı müzakirə edib
Ukrayna Prezidenti Alyaska görüşündən sonra Trampa zəng etməyi planlaşdırır
Makron: Tramp Rusiya-ABŞ sammitində Ukraynada atəşkəs əldə etmək niyyətindədir
Tramp Zelenski ilə distant formada görüşəcək
Ağ Ev: Trampla Putin Ukraynada sülhün əldə olunmasında Rusiyanın mövqeyini yaxşı anlamaq üçün görüşəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













