Polşada 275 milyon dollarlıq dövriyyəsi olan narkokartel ləğv edilib
Polşa polisi Avropada fəaliyyət göstərən və bir-biri ilə əlaqəsi olan narkotik qaçaqmalçılığı şəbəkələrinin ləğv edildiyini elan edib: 275 milyon dollar dəyərində narkotik vasitə ələ keçirilib.
Bu barədə “Report” Polşa Mərkəzi Təhqiqatlar Bürosuna (CBSP) istinadən xəbər verir.
CBSP-dən bildirilib ki, cinayətkar qrupların əsasını İspaniyada yaşayan polyaklar təşkil edib. İstintaq zamanı 600 kiloqram marixuana, 180 kiloqram həşiş, 40 kiloqram amfetamin sulfat, həmçinin yeddi odlu silah və bir neçə yüz patron götürülüb.
Əsas qrup Avropanın bir sıra regionlarında, ilk növbədə İrlandiya, Almaniya, Avstriya və Skandinaviyada narkotik alveri ilə məşğul olub.
İstintaq bir sıra Avropa İttifaqı ölkələrinin hüquq-mühafizə orqanları ilə birgə aparılıb.
İstintaq çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları 50 milyon zlotıdan (13,7 milyon ABŞ dolları) çox olan əmlak, həmçinin dəbdəbəli saatlar və avtomobillər müsadirə ediblər.
170-dən çox şəxsə qarşı ittiham irəli sürülüb. Onlardan 110-dan çoxu müxtəlif vaxtlarda həbs edilib. İstintaq davam edir. Ayrı-ayrı işlər isə ittiham hökmü ilə bağlanır.
Artıq həbs müddətinin 10 ildən artıq olduğu ilk hökmlər çıxarılıb.
Oxşar xəbərlər
Masallı sakinindən 10 kiloqram narkotik vasitə aşkarlanıb
Bərdədə keçmiş məhkumdan 7 kiloqram narkotik götürülüb
Şəmkir sakinindən 11 kiloqram narkotik götürülüb
Binəqədidə əməliyyatlar zamanı narkotik vasitələr və odlu silahlar aşkarlanıb
İspaniyada dronlarla narkotik daşıyan dəstə zərərsizləşdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arka sokaklar"ın bütün aktyorları "öldü"
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
Rusiya Ermənistandan bir sıra tərəvəz və giləmeyvələrin idxalını məhdudlaşdırıb
-
ABŞ və Kuba hərbi komandanlığı əməliyyat təhlükəsizliyini müzakirə ediblər
-
Kiyevdə ardıcıl partlayışlar oldu
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
