İspaniyada dronlarla narkotik daşıyan dəstə zərərsizləşdirilib
İspaniya Milli Polisi Ukraynaya məxsus dronlarda Mərakeşdən ölkəyə narkotik maddələr daşıdığı iddia edilən cinayətkar qrupu zərərsizləşdirib.
“Report” xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanlarının yaydığı press-relizdə deyilir.
“Milli polisin əməkdaşları Alxesirasda (İspaniyanın cənubundakı şəhər - red.) pilotsuz uçuş aparatlarından istifadə etməklə ölkəmizə həşiş gətirməklə məşğul olduğu iddia olunan cinayətkar təşkilatı zərərsizləşdiriblər. “Narkodronlar” Ukraynada istehsal olunur, sonra isə avtomobil yolu ilə ölkəmizin cənubuna gətirilirdi”, - məlumatda bildirilir.
Qeyd olunur ki, Avropol nümayəndələrinin, eləcə də Ukrayna və Polşanın polis orqanlarının iştirak etdiyi istintaq çərçivəsində Alxesiras və Marbelya şəhərlərində 6 axtarış aparılıb. Nəticədə 10 nəfər saxlanılıb ki, onlardan 7-si həbs edilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətkarlar hər uçuşda təqribən 10 kq həşiş daşıya bilən və 50 km-dən çox uçuş məsafəsinə malik əllə düzəldilmiş iri dronlardan istifadə ediblər. Vurğulanır ki, bu dronlar Mərakeş və İspaniya arasındakı marşrutu eniş ehtiyacı olmadan Cəbəllütariq boğazının suları üzərindən keçə bilərdi.
Oxşar xəbərlər
Avropanın ən çox axtarılan cinayətkarlarından biri İspaniyada saxlanılıb
İrəvan sakinləri İranla sərhəddən 14 kq narkotik vasitə keçirməyə cəhd göstərərkən saxlanılıb
Ekvador polisi bir tondan çox kokainin Avropaya göndərilməsinin qarşısını alıb
İspaniyada rekord həcmdə kokain partiyası müsadirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
