Baş nazir: Ukrayna növbəti 2 ildə büdcənin 50 faizini ordunun silahlanmasına yönəltməyi planlaşdırır
sizinxeber.az xəbər saytı

Baş nazir: Ukrayna növbəti 2 ildə büdcənin 50 faizini ordunun silahlanmasına yönəltməyi planlaşdırır


Ukrayna hökuməti növbəti 2 il büdcəsinin 50 faizini ordunun silahlanmasına yönəltməyi planlaşdırır.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukraynanın yeni Baş naziri Yuliya Sviridrenko, Kiyevdə hökumətin yeni fəaliyyət istiqamətlərinin təqdimatında bildirib.

"Hökumətin prioritetləri bunlardır: müdafiə və təhlükəsizlik, Avropaya inteqrasiya, antikorrupsiya tədbirləri. Təkcə 2026-cı il üçün büdcədə müharibə üçün ayrılan vəsait 120 milyard ABŞ dolları olacaq. Bu, Ukrayna büdcəsində ayrılanlar və tərəfdaşlarımızın yardımları ilə birlikdədir.

Bundan başqa 2026-2027-ci illər üçün 37 milyard dollar makromaliyyə yardımının cəlb edilməsi də planlaşdırılır", - Baş nazir əlavə edib.

Oxşar xəbərlər

Ukrayna büdcənin təxirəsalınmaz xərcləri üçün BVF-dən 1,1 milyard dollar alıb
Fransa 2026-cı ildə büdcə kəsiri səbəbindən 40 milyard avro qənaət etməli olacaq
Ukrayna Britaniyadan 2,3 milyard dollar cəlb edəcək
ÜST 2026-2027-ci illər üçün 4,2 milyard dollar məbləğində azaldılmış büdcəni təsdiqləyib
Rusiyanın 2025-ci il büdcə kəsiri 10 milyard dolları keçəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle