Çin kosmosu tədqiq etmək üçün növbəti peykini orbitə buraxıb
sizinxeber.az xəbər saytı

Çin kosmosu tədqiq etmək üçün növbəti peykini orbitə buraxıb


Avqustun 17-də Çin kosmosun tədqiqi və texniki sınaqlar üçün “Shiyan 28-B-02” eksperimental peykini orbitə çıxarıb.

“Report” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Kosmosa uçuş Pekin vaxtı ilə saat 16:55-də (Bakı vaxtı ilə 12:55) Siçan kosmodromundan (Sıçuan əyalətinin cənub-qərbində) baş tutub. Kosmik aparatın orbitə çıxarılması üçün “CZ-4C” raketindən istifadə edilib. Bu, “Long March” seriyası daşıyıcıları üçün 589-cu buraxılışdır.

“CZ-4C” maye yanacaqla işləyən üç pilləli raketdir, diametri 3,8 m-dir. Uzunluğu 46,9 m-ə çatır və aşağı Yer orbitinə (geostasionar ötürmə orbitinə 1,5 ton) 4,2 tona qədər faydalı yük çıxarmağa qadirdir.

Oxşar xəbərlər

Çin rabitə texnologiyalarını sınamaq üçün "Shiyan-19" peykini uğurla orbitə buraxıb
Çin altı “Shiyan-27” peykini uğurla orbitə çıxarıb
Çin raketi eksperimental rabitə peykini orbitə çıxarıb
Çin peyk interneti üçün peyklər qrupunu orbitə çıxarıb
Çin Yerin elektromaqnit sahəsini izləmək üçün peykləri orbitə buraxıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle