Çin peyk interneti üçün peyklər qrupunu orbitə çıxarıb
Çin "SatNet" peyk interneti üçün aşağıorbitli peyklər qrupunu uğurla orbitə çıxarıb.
“Report” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, buraxılış Pekin vaxtı ilə saat 18:03-də (Bakı vaxtı ilə 14:03) Tayyuan kosmodromundan (Şansi əyalətinin şimalı) CZ-6A (“Çançjen-6-ei”) daşıyıcı raketindən istifadə etməklə həyata keçirilib. Bu, "Çandjon" seriyalı raketin 585-ci buraxılışdır.
Modifikasiya edilmiş iki mərhələli CZ-6A 50 metr uzunluğundadır və ekoloji cəhətdən təmiz yanacaqla - kerosin və maye oksigen qarışığı ilə işləyir. Raket Şanxay Kosmik Uçuş Texnologiyaları Akademiyası tərəfindən Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası ilə birgə hazırlanıb, dörd bərk yanacaq gücləndiricisi ilə təchiz edilib və günəşlə sinxron orbitə (500 km) təxminən 6,5 ton faydalı yük çıxarmaq qabiliyyətinə malikdir.
Oxşar xəbərlər
Çin altı “Shiyan-27” peykini uğurla orbitə çıxarıb
Çin Yerin elektromaqnit sahəsini izləmək üçün peykləri orbitə buraxıb
“SpaceX” yeni internet-peyklər qrupunu orbitə çıxarıb
Çin rabitə texnologiyalarını sınamaq üçün "Shiyan-19" peykini uğurla orbitə buraxıb
“SpaceX” şirkətinin raketi “Starlink” internet peyklərinin yeni qrupunu orbitə çıxarıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
