Çin altı “Shiyan-27” peykini uğurla orbitə çıxarıb
Çin altı “Shiyan-27” peykini uğurla orbitə çıxarıb.
“Report” xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.
Buraxılış Pekin vaxtı ilə saat 06:51-də (Bakı vaxtı ilə 02:51) Tayyuan kosmodromundan (Şansi əyalətinin şimalı) “CZ-6A” ilə həyata keçirilib. Bu, “Çançjen” seriyalı raketin 570-ci buraxılışıdır.
Korporasiyanın məlumatına görə, orbitə buraxılan kosmik gəmi ilk növbədə kosmik mühitin öyrənilməsi və müvafiq texnoloji təcrübələrin aparılması üçün istifadə olunacaq. Modifikasiya edilmiş iki mərhələli “CZ-6A” 50 m uzunluğundadır və ekoloji cəhətdən təmiz yanacaqla - kerosin və maye oksigen qarışığı ilə işləyir.
Raket Şanxay Kosmik Uçuş Texnologiyaları Akademiyası tərəfindən CASC ilə birgə hazırlanıb, dörd bərk yanacaq gücləndiricisi ilə təchiz olunub və orbitə (500 km) təxminən 6,5 ton faydalı yük çıxarmaq qabiliyyətinə malikdir.
Oxşar xəbərlər
Çin raketi eksperimental rabitə peykini orbitə çıxarıb
Çin 18 qütb orbitli rabitə peykini uğurla işə salıb
“SpaceX” raketi 28 “Starlink” internet peykini orbitə çıxarıb
“SpaceX” şirkətinin raketi 20 “Starlink” peykini orbitə çıxarıb
“SpaceX” yeni internet-peyklər qrupunu orbitə çıxarıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
