Rostova PUA hücumu nəticəsində 13 nəfər xəsarət alıb
sizinxeber.az xəbər saytı

Rostova PUA hücumu nəticəsində 13 nəfər xəsarət alıb


Rostov-na-Donu şəhərinə pilotsuz uçuş aparatlarının hücumu nəticəsində 13 nəfər xəsarət alıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Yuri Slyusar “Telegram” kanalında bildirib.

"Dəqiqləşdirilmiş məlumata görə, iki yaralı şəhərin tibb müəssisələrinə çatdırılıb. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir. Daha 11 yaralı hazırda xəstəxanaya aparılır. Xəsarət alanlarla bağlı məlumat dəqiqləşdiriləcək", - o qeyd edib.

Y.Slyusarın sözlərinə görə, Rostova PUA hücumundan sonra Telman və Lermontovskaya küçələrində bir neçə çoxmənzilli ev zədələnib.

Oxşar xəbərlər

Rusiyanın Kiyevə raket hücumu nəticəsində təxminən 20 nəfər xəsarət alıb
Rusiyanın Rostov vilayətinə dron hücumu nəticəsində iki nəfər ölüb
Rusiyanın hücumu nəticəsində 10-dan çox Kiyev sakini xəsarət alıb
Moskva vilayətinin Vidnıy şəhərində PUA hücumları nəticəsində altı nəfər xəsarət alıb
Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər