Aİ Rusiyaya qarşı 19-cu sanksiya paketinin təfərrüatlarını hələ açıqlamır
sizinxeber.az xəbər saytı

Aİ Rusiyaya qarşı 19-cu sanksiya paketinin təfərrüatlarını hələ açıqlamır


Avropa İttifaqının (Aİ) formalaşdırmağa başladığı 19-cu sanksiya paketi ətrafında bütün danışıqlar məxfidir.

“Sizinxeber.az”un Avropa bürosunun məlumatına görə, bunu jurnalistlərə Aİ-nin xarici siyasət üzrə rəsmi nümayəndəsi Anita Hipper bildirib.

"Biz bu istiqamətdə işin başladığını yalnız təsdiq edə bilərik, bu mərhələdə heç bir təfərrüatı açıqlaya bilmərik. Lakin əsas element odur ki, Rusiyaya təzyiqimiz işləyir. Məhz buna görə onlar bizim sanksiyalardan qurtulmaq istəyirlər”, - Hipper deyib.

Avropa Komissiyasının nümayəndələri Almaniya Kansleri Mertsin çağırdığı və ABŞ Prezidenti Tramp və NATO-nun Baş katibi Rüttenin qoşulmasının gözlənildiyi sabahkı onlayn görüşdə müzakirə olunacaq məsələlər barədə məlumat verə bilməyiblər.

Rusiyanın dondurulmuş aktivləri ətrafında müzakirələrin planlaşdırılması və onların RF ilə danışıqlarda element kimi istifadə edilməsi mümkünlüyü barədə suala Aİ-nin rəsmi nümayəndəsi Arianna Podesta bu məsələ ilə bağlı spekulyasiya etməyəcəyini deyib: “Bu, bizim bu mərhələdə spekulyasiya edə biləcəyimiz bir şey deyil. Əlbəttə ki, dondurulmuş aktivlər və ya onlardan gələn gözlənilməz gəlir komissiya tərəfindən Ukraynaya dəstək üçün istifadə edilir", - o bildirib.

Oxşar xəbərlər

Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiya paketi üzərində işləyir
Almaniya kansleri: Rusiyaya qarşı yeni sanksiya paketi hazırdır
Pinyu: Rusiyaya qarşı 17-ci sanksiya paketinin qüvvəyə minmə tarixi Ukrayna üzrə danışıqların gedişindən asılıdır
Fransa Rusiyaya qarşı 19-cu sanksiya paketinin tezliklə tətbiq edilməsini dəstəkləyir
Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini hazırlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər