Azərbaycan cüdoçusu Məhəmməd Musayev Avropa Kubokunda qızıl medal qazanıb
sizinxeber.az xəbər saytı

Azərbaycan cüdoçusu Məhəmməd Musayev Avropa Kubokunda qızıl medal qazanıb


Azərbaycanın cüdo millisi Avstriyanın Qrats şəhərində keçirilən gənclər arasında Avropa Kubokunun ilk günündə 1 qızıl medal qazanıb.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, 66 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Musayev bütün rəqiblərinə qalib gəlib.

Cüdoçu finaladək Almaniya, Xorvatiya, Belçika və Macarıstan təmsilçilərini mübarizədən kənarlaşdırıb.

Məhəmməd həlledici görüşdə Serbiya idmançısı Marko Yorqiçi ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Aktivində 1 qızıl medal olan yığma medal sıralamasında oğlanlar arasında birinci, ümumi hesabda isə 5-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Azərbaycanın cüdo millisi Avropa Kubokunun ilk günündə qızıl medal qazanıb
Cüdoçumuz Avropa Kubokunun qalibi olub
Azərbaycanın cüdo millisi Avropa Kubokunda medal sayına görə birinci olub
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatında qızıl medal qazanıb
Azərbaycanın cüdo millisi Avropa Kubokunda birinci yeri tutub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər